Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi münasibətilə yubiley medal təsis olunub
2.10.2018

Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə yubiley medal təsis edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.


report.az