Ukraynanın «UtAir Ukraine» aviaşirkəti bu ilin mart ayından Xarkov-Bakı-Xarkov marşrutu ilə daimi uçuşlara başlamaq niyyətindədir.
Martın 15-dən etibarən başlanacaq uçuşlar Xarkov şəhərindən Bakı istiqamətində həftədə bir dəfə - cümə günləri, mayın 7-dən isə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Bakıdan Xarkova isə uçuşlar mayın 7-dək şənbə günləri, daha sonra isə çərşənbə və şənbə günləri reallaşdırılacaq.
Qeyd edək ki, bu aviareysə biletlərin qiyməti hər iki istiqamətdə 450 dollar, bir tərəfə isə 267 dollar olacaq. Uçuşlar 48 yerli «Bombardier CRJ-200» (Bombardier Canadair Regional Jet 200) tipli təyyarə ilə həyata keçiriləcək.
APA