Yaxın zamanlarda daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə Əmlak Xidmətləri Məkanı istifadəyə veriləcək.
Bunu bu gün “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın günlərdə istifadəyə veriləcək Əmlak Xidmətləri Məkanında komitənin bütün xidmətləri cəmləşəcək: "Qurumlar və vətəndaşlar özəlləşdirmə, qeydiyyat, kadastr və torpaqların idarə edilməsi ilə bağlı bütün müraciətlərini bu məkandan edəcəklər".
Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, Əmlak Xidmətləri Məkanı istifadəyə veridikdən sonra komitənin hazırda gördüyü işlər daha şəffaf şəkildə həyata keçiriləcək.
trend.az