Üşüməmək üçün bunları yeyin
31.1.2013

Soyuq havalarda geyiləcək paltarlar qədər yeyiləcək qidalar da çox əhəmiyyətlidir. Soyuq havalarda mütəxəssislərin məsləhət bildiyi yeməklər yeyildiyi zaman, bədənin istiliyini saxlamaq mümkün olur.

Mütəxəssislər bu qidalardan bəzilərinin adlarını açıqlayıb.

Şokoladlı tort bədən istiliyini artırıcı təsirə malikdir. Başda tut və üzüm doşabı olmaq üzrə digər doşab növlərinin də bədəni istilədərək, soyuqdan qoruduğunu bildirən mütəxəssislər, səhərlər evdən çıxmazdan əvvəl yarım çay stəkanı doşab içildiyi zaman bədənin soyuğa qarşı müqavimətinin artırdığını deyirlər.

Üşüməmək üçün qış aylarında qırmızı ət istehlakınıda artırılmaq lazımdr. Qırmızı ət maddi baxımdan sizə sərf etmirsə, balıq onu əvəz edən alternativ ola bilər. Paxla, noxud kimi paxlalıların yeyilməsi mütəxəssislərə görə bədəninizin istilik tarazlığını qoruyacaq.

Enerji anbarı olaraq quru meyvələr də sizi istilədə bilər. Mütəxəssislər xüsusilə quru üzüm və quru qaysını məsləhət görürlər. Zülalla zəngin olan yumurta da bədənə istilik verən qidalardandır. İspanaq, cəfəri, kəvər və digər yaşıl yarpaqlı qidalar ilə badam və fındıq qəbulu üşüməyə mane olan qidalardır. Zeytun və pendir də soyuqdan qoruyucu xüsusiyyətlərə malikdir.

ANS PRESS