Adi ağrıkəsici dərmanların qəbulu ürək xəstəlikləri riskini artırır.
Bu araşdırmanı Milanın Bikoka universitetində aparıblar. Bu nəticəyə bu dərmanları qəbul etmiş 10 milyon insanı diaqnoz etdikdən sonra gəliblər. Tədqiq olunan insanlarda orta yaş həddi 77 olub. Onların arasında Bitaniya, İtaliya və Almaniya vətəndaşları olub. Onların diaqnozlarını bu dərmanları qəbul etməyən insanların diaqnozları ilə müqayisə ediblər. Belə məlum olub ki, bu dərmanları qəbul edənlərin ürək çatışmazlığı riski ilə xəstəxanaya düşmək ehtimalı 19% təşkil edir.
Bu araşdırma The British Medical Journal -da çap olunub. Əsas risk təşkil edən dərmanlar (NSAID) tipli soyuqdəymə əleyhinə istifadə olunan pereparatlardır ki, bu dərmanlar demək olar ki, hər bir evdə var. Bu kateqoriyaya ibuprofen, naproksen və diklofenat kimi kimi dərmanlar aiddir.
Britaniyalı ekspertlərin fikrincə ürək xəstəliklərindən əziyyət çəkən insanlar mümkün qədər ağrıkəsicilərin qəbulunu məhdudlaşdırmalıdırlar. Mütəxəsislər belə hesab edir ki, bu araşdırmaların nəticələri xüsusilə yaşlı insanlar üçün əhəmiyyətlidir.
Saglamolun.Az