Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti davam edəcək
31.1.2013

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin tutqun, arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

APA