"SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq
5.10.2018

"SOCAR Polymer" layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksək Sıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

Bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.

report.az