Bakıda “Mən gəncəm! Bəs sən?” şüarı altında kampaniya keçirilmişdir
31.1.2013

“Park Bulvar” Ticarət və Əyləncə mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən 2 fevral - Gənclər Günü münasibəti ilə keçirilən “Gənclər Həftəsi” kampaniyasının açılışı olmuşdur.
“Mən gəncəm! Bəs sən?” şüarı altında keçirilən kampaniya fevralın 7-dək keçiriləcəkdir.
Kampaniya çərçivəsində ticarət və əyləncə mərkəzində istedadlı gənclərin çıxışları və maraqlı aksiyalar təşkil olunacaqdır.

AzərTAc