Əfsanəvi aktyor, Hollivud ulduzu, amerikalı Silvestr Stallone yeni filmə çəkilib.
Rokki Balboa rolu ilə məşhurlaşmış aktyorun çəkildiyi lent Walter Hill-dir. Həmin filmdə onun tərəf müqabili isə Game of Thrones serialında Xal Droqo obrazını yaratmış Ceyson Momoadır.
33 yaşlı "Momoa Men's Health" jurnalına müsahibə verərək fotosessiyaya çəkilib.
Momoa 2011-ci ildə, Arnold Şvartsneggerin yaratdığı obrazdan bəhrələnərək əzələli, sərt, amansız kişi personajı yaradaraq kinematoqrafa gəlmişdi.
Momoa indi Stallonenin varisi sayılır.
Əslən Havay adalarından olan Momoa deyib: "Yaxşı yeməyi və məşq etməyi sevirəm. Ağır məşqlərdən və gündəlik pəhrizdən sonra böyük qabda spagetti yeyəndə özümü əla hiss edirəm. Sanki narkotik maddə qəbul edən insan kimi həzzim olur. Siqar və spirtli içkiləri də sevirəm. Bəzən də pivə içirəm. Yaxşı bədən formasına malik olsam da, sürəkli idmanla məşğul olan insan deyiləm".
Stallone və Momoanın çəkildiyi filmdə Adevale Akinnuoye-Aqbace, Sara Şahi və Sui Kanq da rol alıblar.
Milli.Az