Azərbaycanda yeni beyin mərkəzi - «Fikir Fabriki İnstitutu» (FFİ) İctimai Birliyi təsis olunub.
FFİ Azərbaycanda güclü beyinləri, pozitiv və inkişafa hədəflənən ideyaları, strateji düşüncələri olan intellektualları bir mərkəzə toplamağı, onların hazırladıqları beyin məhsullarını problemlərin həllinə və proseslərin inkişafına yönəltməyi hədəfləyən bir təşkilatdır.
İnstitut dünyanın nüfuzlu beyin mərkəzləri ilə öz işini koordinasiya edəcək, ölkə, region və dünyadakı tendensiyaları izləyərək müvafiq hesabatlar hazırlayacaq.
FFİ-də xarici və yerli universitetlərdə müxtəlif ixtisaslar üzrə yüksək təhsil almış, beynəlxalq təşkilatlarda təlimlər görmüş və təcrübə toplamış şəxslər, informasiya texnologiyaları və təhlükəsizlik məsələləri üzrə mütəxəssislər, elm adamları, media nümayəndələri təmsil olunublar.
Beyin Mərkəzi yüksək təhsilli, dünyanın aparıcı beyin mərkəzlərində təcrübə toplamış şəxslər tərəfindən təsis olunub.
Təsisçilər artıq təşkilatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlayıblar.
APA