"Azər Türk Bank" “10ların xeyiri” adlı kampaniyaya başlayır
9.10.2018

Müştərilərinə hər zaman əlverişli şərtlər təqdim edən dövlət bankı Azər Türk Bank, bu fəsil 10-31 oktyabr tarixləri arasında məhsullarına endirimlər şamil edir.

Belə ki, kampaniya çərçivəsində kredit üzrə xidmət haqqına və istehlak kreditinin illik faizinə 10%-i həcmində endirim ediləcəkdir.

Bundan əlavə bankda əmanət yerləşdirmək istəyən şəxslər kampaniya müddəti ərzində 36 aylıq əmanətin faizlərinə 0.5% artım əldə edəcək.

Eləcə də, bu müddətdə MasterCard Gold və Visa Gold kartlarının qiyməti 10 AZN-ə enəcək. Nəzərinizə çatdırmaq istəyirik ki, bu kartları balansına 500 AZN və daha artıq məbləğ mədaxil etməklə ödənişsiz əldə edə bilərsiniz.

Kampaniya oktyabr ayının 31-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


report.az