"Azərbaycan və Rusiya prezidentlərinin görüşləri münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verir".
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan və Rusiya prezidentləri arasında dörd görüşün keçirilməsi çox əhəmiyyət daşıyır və bu, iki ölkə arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir.
Diplomat həmçinin qeyd edib ki, belə güclü əməkdaşlıq prezidentlərin iradəsi və onların dostluq münasibətləri sayəsində formalaşır: "Bu isə əməkdaşlığımızın bütün sahələrində təsirini göstərir".
report.az