İraqdakı hərbi əməliyyatlarda iştirak edən və vətənə iki qolu ilə iki ayağını itirmiş vəziyyətdə qayıtmış 26 yaşlı Nyu-York sakini Brendan Marrokko indi yeni həyata başlayır.
Həddən artıq mürəkkəb əməliyyat 13 saat davam edib.
Yeni qolların orqanizmə uyğunlaşması prosesi uğurla başa çatıb. Brendan indi əlləriylə qaşıq tutur, dostlarına əl verib görüşür. "Əvvəlki, normal həyata qayıdıram", - Brendan deyib.
Jurnalistlərlə görüşdə 26 yaşlı İraq savaşı veteranı bildirib ki, yenidən avtomobil sükanı arxasına oturacağı və üzə biləcəyi günü səbirsizliklə gözləyir.
Brendan qollarını və ayaqlarını təxminən 4 il əvvəl, onun sürdüyü hərbi yük maşını Bağdad yaxınlığında partlayanda itirmişdi.
Big.az