Bakıda italyan dili həftəsi keçirilir
16.10.2018

Bakıda italyan dili həftəsi keçirilir.

Bununla əlaqədar oktyabrın 15-dən 21-dək Azərbaycan paytaxtında italyan dilinə həsr olunmuş müxtəlif tədbirlər, o cümlədən ustad dərsləri, italyan və azərbaycanlı professorların mühazirələri, eləcə də İtaliya filmlərinin nümayişi təşkil olunacaq.

Qeyd edək ki, italyan dili həftəsi ilk dəfə 2001-ci ildə keçirilib və italyan dilinin və mədəniyyətinin dünyada yayılmasına istiqamətlənib.

report.az