Azərbaycanda bu il 3,4 tona yaxın qızıl hasil olunub
16.10.2018

Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 3 356,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% azdır.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Rəsmi statistikaya əsasən, 1 oktyabr 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 63 kq təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artaraq 1 856,1 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl “AzerGold” QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

report.az