Azərbaycan III Şarm əş-Şeyx Beynəlxalq Kino Festivalına dəvət alıb
17.10.2018

Misir Azərbaycanı gələn il martın 3-9-da keçiriləcək III Şarm əş-Şeyx Beynəlxalq Kino Festivalına dəvət edib.

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib.

Səfir həmçinin 2015-ci ildən Şarm əş-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabrın 8-dən etibarən Şarm əş-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin nəzərəçarpan dərəcədə inkişafından məmnunluq duyduğunu vurğulayıb.

report.az