Şahzadə metroda - Video
1.2.2013

Şahzadə Çarlz həyat yoldaşı Kamella ilə ilk dəfə metroya minib. Uels şahzadəsi Çarlz və Kornoul hersoginiyası Kamilla bu gedişi London metrosunun 150 illiyi münasibəti ilə həyata keçirib.

İTAR-TASS yazır ki, stansiyanın girişində kral ailəsinin üzvləri metro rəhbərliyindən hesabında 10 funt-sterlinq olan nəqliyyat kartı hədiyyə alıblar ki, bu kartla da platformaya keçiblər. Plastik kartlar Krallıq kolleksiyasına təhvil verilib.

Video