“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2013-cü il mövsümü Azərbaycan Kubokunun seçim turları keçiriləcək.
Dörd turdan ibarət olacaq Azərbaycan Kubokunun birinci turu martın 2-də sinxron olaraq Azərbaycanın müxtəlif intellektual oyunlar üzrə klublarında təşkil olunacaq.
İlk turun suallarının müəllifləri Oktay Məhərrəmov və Fuad Eminovdur.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2013-cü il mövsümü Azərbaycan Kubokunun növbəti turları isə bu ilin may, sentyabr və oktyabr aylarında, final oyunu isə noyabr ayında təşkil olunacaq.
Növbəti seçim turlarının sual müəllifləri Elgün Atalıyev, Orxan Cəlilov, Elmidar Süleymanov, Emin Məsimli, Elşən Quliyev və Babək Qasımzadə olacaqlar.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kuboku hər il təşkil olunan ənənəvi turnirdir. Azərbaycan Kubokunun keçirilməsində məqsəd ölkədə ana dilində təşkil olunan intellektual oyunların dəstəyi və intellektual oyunlar klubları arasında olan münasibətlərin inkişafıdır.
http://www.gun.az