"Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya (IAEE) Bakıda nümayəndəlik açmaq məsələsini geniş müzakirə edir".
Bunu Bakı Ali Neft Məktəbində (BANM) keçirilən III Avrasiya konfransında qurumun yeni seçilən prezidenti Kristof Bonneri deyib.
“Bu, Azərbaycanda keçirilən sayca ikinci belə konfransdır. Azərbaycanlı mütəxəssislərin dəstəyi ilə bundan sonra da bu cür tədbirlər keçirəcəyimizə ümidvarıq. Bakıda filialımızın açılması məsələsi hərtərəfli müzakirə mərhələsindədir”, - K.Bonneri bildirib.
Qeyd edək ki, BANM-da keçirilən konfransın mövzusu “Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri”dir.
report.az