Maldiv adalarına Novruz tətili qazan!
1.2.2013

Azərbaycanın premium səviyyəli, ən böyük kinoteatrı “28 cinema” “PASHA Travel”in dəstəyi ilə möhtəşəm kampaniyaya başlayır.
“28 cinema”nın müştəriləri Novruz tətilini dünyanın lüks və ekzotik istirahət məkanlarından sayılan Maldiv adalarında keçirmək imkanı əldə edə bilərlər.
Kampaniyanın şərtlərinə əsasən, fevralın 1-dən etibarən “28 cinema”ya 2 ədəd bilet alan hər müştəriyə kupon veriləcəkdir. Müştəri həmin kupona özü haqqında məlumatları qeyd edib kinoteatrın foyesindəkı lototrona atmalıdır.
Kampaniyanın sonuncu günündə lototrondan çıxarılan kuponun sahibi qalib elan olunacaqdır. Qalibə “PASHA Travel”dən Maldiv adalarına səyahət paketi təqdim ediləcəkdir.
Səyahət paketinə iki nəfərlik aviabilet, 5 ulduzlu lüks mehmanxanada 7 gün 6 gecə qalmaq və gün ərzində 3 dəfə qidalanma, səyahət sığortası və transfer daxildir. Eyni zamanda, müştərilər Maldiv adalarının gəzməli və görməli yerləri haqqında kampaniyanın www.28cinema.az/contest internet səhifəsində ətraflı məlumat toplayıb istirahətlərini daha da maraqlı edə bilərlər.
Fevralın 1-də başlayan kampaniya mart ayının 5-də bitəcəkdir. Qalib isə lotereyanın final günündə - martın 5-də elan olunacaqdır.
Biletləri kinoteatrın kassalarından və ya www.28cinema.az rəsmi internet saytımızdan onlayn əldə edə bilərsiniz.
Həmçinin, kampaniya haqqında ətraflı məlumatı www.28cinema.az/contest www.facebook.com/28Cinema səhifələrindən və ya (012) 499 89 88 nömrəsinə zəng vurmaqla əldə etmək olar. Eyni zamanda, “PASHA Travel” agentliyinin www.pashatravel.az rəsmi internet səhifəsindən və (012) 497 10 90 əlaqə nömrələrindən məlumat ala bilərsiniz.
"PASHA Travel" 2003-cü ildə təsis edilmişdir və tanınmış korporativ turizm agentliklərindən biri kimi güclü nüfuza malikdir. Şirkət öz müştərilərinə aviabiletlər, mehmanxanalar, transferlər və turların əvvəlcədən sifarişlə edilməsi (bron), habelə viza xidmətlərinin göstərilməsi və korporativ tədbirlərin təşkili də daxil olmaqla, dünyanın istənilən nöqtəsinə səfərlər üzrə xidmətlərin tam spektrini təklif edir.
“28 cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və “Enhanced 4K” müasir texnologiyasına əsaslanan, “Barco” yeni nəslindən olan proyektorlar və “D Xpand” texnologiyalı eynəklər təqdim edir. “28 cinema” “Platinum movie suites” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

AzerTac