Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 12 mln. manat və ya 8% artılır.
Gələn ilin dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 162 mln. manat xərc proqnozlaşdırılır.
Qeyd edək ki, 2018-ci ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər 2017-ci illə müqayisədə dəyişməz qalaraq 150 mln. manat proqnozlaşdırılıb.
Qeyd edək ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində isə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.
report.az