Azərbaycanda gələn il 2000 minik avtomobilinin istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,3 dəfə çoxdur.
Bu barədə 2019-cu il büdcə zərfinə istinadən xəbər verir.
2020-ci ildə 3500, 2021-ci ildə 5300, 2022-ci ildə 7000 minik avtobilinin istehsal olunacağı gözlənilir. Həmçinin proqnozlara əsasən 2019-cu ildə 843, 2020-ci ildə 752, 2021-ci ildə 721 və 2022-ci ildə 782 ədəd yük avtomobili istehsal olunacaq.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə minik avtomobili istehsalının 600 ədəd, yük avtomobili istehsalının 55 ədəd olacağı ehtimal olunur.
report.az