Mərci çox faydalı və qiymətli qida məhsuludur.
Mərci A, B qrupu, PP vitaminləri, Omeqa-3 və Omeqa-6 yağlı turşuları, bir çox əvəzolunmaz aminturşuları, kalium, kalsium, maqnezium, fosfor, sinr, mis və bir çox digər minerallarla zəngindir.
Quelf Universiteti (Kanada) alimləri mərcinin insan orqanizminə təsiri ilə bağlı xüsusi araşdırma aparıblar.
Alimlər belə nəticəyə gəliblər ki, mərcidən hazırlanmış yeməklər qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqi normada saxlamağa kömək edir. Alimlərin fikrinə görə, mərcinin müntəzəm istehlakı ürək-damar sistemini xəstəliklərindən qoruyur.
Həmçinin alimlər aşkar ediblər ki, mərci qanda şəkərin səviyyəsini də aşağı salır. Bildiyimiz kimi, yüksək şəkər ürək və damarların ilk düşmənidir.
Mərci triptofan aminturşusu ilə zəngindir. Bu aminturşusu orqanizmdə "xoşbəxtlik hormonu" kimi tanınan serotoninin istehsalını artırır və bununla da depressiyadan qoruyur.
Bundan əlavə alimlər sübut edir ki, mərci xərçəng şişlərinin böyüməsini ləngidir.
Mərci arıqlamaq istəyənlər üçün ideal məhsuldur - tez toxluq hissi yaradır, insanı uzun müddət ərzində tox saxlayır, vitamin və minerallarla faydalıdır.
Mərcinin bir çox növləri var - qırmızı, yaşıl, sarı, qara. Ən faydalı qara və qırmızı növləri sayılır.
Saglamolun.Az