ABŞ nəhəngi Apple patent müharibəsində fərqli strategiyaya əl atıb. Rəqiblərindən fərqli olaraq, o "ağıllı telefon" yox, bu dəfə "ağıllı ayaqqabı" istehsalına başlamaq üçün patent alamağa çalışır. Ayaqqabının əsas xüsusiyyəti isə, sizin hərəkətlərinin ölçərək nə vaxt yeni ayaqqabıya ehtiyacınız olduğunu sizə deməsidir. Ayaqqabının bir üstün cəhəti isə, sensor sistemi ilə idarə olunmasıdır.
Mütəxəssislərin fikrincə, ayaqqabılar indiki ayaqqabıların malik olmadığı rahatlıq imkanına sahib olacaq və ayaqlarımızın rahatlığını təmin edəcək. Bunun vasitəsilə biz nə qədər hərəkət etdiyimizi və ayaqqabımızı da nə qədər ömrü qaldığını biləcəyik.
Big.az