Oktyabrın 30-u “Azərbaycan Hava Yolları" (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu həyata keçirib.
AZAL aviaşirkəti və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib.
Açılışda çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, hər iki ölkə arasında olan siyasi və iqtisadi sahədə inkişaf çox yüksək səviyyədədir.
“Bakı-Cenevrə reysinin açılması, Azərbaycan və İsveçrə arasında olan inkişaf üçün böyük addımdır. Hər iki ölkənin iş adamları və turistləri bu reysdən çox faydalanacaq”.
X.İbrahimova əlavə edib ki, ötən həftələrdə İsveçrənin turizm agentliyi və Azərbaycanın turizm agentliyi arasınsa saaziş imzalanıb.
“Sazişə əsasən hər iki ölkənin şəhərlərinə turist axının cəlb olunması nəzərdə tutulur. Bu gün açılan çarter reysidə turistlərin cəlbi üçün bir vasitədir".
Qeyd edək ki, AZAl-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: callcenter@azal.az
WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir)
trend.az