“Azər Türk Bank” III rübü mənfəətlə başa vurub
31.10.2018

 “Azər Türk Bank” ASC-nin 30 sentyabr 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artaraq 316,8 mln. manat, kredit portfelinin həcmi 40% yüksələrək 163,4 mln. manat təşkil edib.

Eyni dövrlə müqayisədə Bankın gəlirləri 20%-ə yaxın artaraq 20,4 mln. səviyyəsində olub.

Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 52,4 mln. manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2%, təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.

Bank 144 mln. manat həcmində depozit cəlb etmişdir ki, bunun da 55,1 mln. manatı əhalinin əmanətləridir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın müştərilərinin sayı iki dəfədən çox artaraq 42 086 nəfərə çatıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

report.az