Bakıda ilk dəfə, Beynəlxalq Qadınlar Günü 8 və 9 mart tarixlərində "İmperatriçə" tamaşası ilə məşhur teatr və kino artistlərinin qastrolu olacaq.
Quruluşçu rejissor Olqa Qlubokova. Dahi qadın II Yekatrinanın taleyi hamıda maraq oyadır.
II Yekatrina sadəcə qadın deyil, yorulmaz zəhmətkeş, maarfçi hökmdar, ruh yüksəkliyinə malik insandır.
"İmperatriçə" tamaşası Yekatetrinanın şəxsi həyatından səhnələrdir. Şayiələr və ehtimallar, intriqalar və hiyləgərlik, həsəd və XVIII əsr adətləri! Rusiya üçün əlindən gələni hər şeyi edən Yekaterinanın ətrafındakılar onun şəxsi həyatına amansız yanaşırdı. İmteratriçə üçün məhəbbət haram idi. Sevgilisinin öldürülməsi, şəxsi azadlığa ümidinin itməsi Yekaterinanı sındırmadı.
Yekaterina hər şeydən əvvəl Rusiya tarixində əbədi olaraq qalmış İmperatriçədir!
II Yekatrina rolunda SSRİ Xalq Artisti -Ludmila Çursina. Həmçinin rollarda: Rusiyanın Xalq Artisti -Aristarx Livanov, Rusiyanın Xalq Artisti Olqa Boqdanova, Rusiyanın Xalq Artisti -Vladimir Konkin, Rusiyanın Əməkdar Artisti -Dmitriy Popov.
Biletlər teatrın kassalarında və şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.
citylife.az