QDİƏT XİNŞ-in iclası dekabrın 14-də Bakıda keçiriləcək
1.11.2018

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

Xəbər verilir ki, iclasdan əvvəl dekabrın 12-13-də Bakıda yüksək vəzifəli şəxslərdən təşkil olunan Komitənin iclası baş tutacaq.

Həmçinin dekabrın əvvəlində Bakıda informasiya və kommunikasiya texnologiyaları nazirlərinin görüşünün təşkili də planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan bu ilin iyun ayında QDİƏT-ə sədrliyi qəbul edib.

QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət- Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

report.az