PFL "Qarabağ"ın ev oyununun stadionunu dəyişdirib
1.11.2018

Peşəkar Futbol Liqası (PFL) "Qarabağ" klubunun müraciətini cavablandırıb.

PFL mövcud vəziyyəti araşdırdıqdan sonra əsas komandanın "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməsi xahişini müsbət qarşılayıb. Görüş noyabrın 3-də saat 19:00-da başlanacaq.

I Divizionda IX turun "Qarabağ-2" - MOİK qarşılaşması isə mərkəzi arenadan "Azərsun Arena"ya keçirilib. Oyunun başlama tarixi də dəyişdirilib və 2 noyabra deyil, 3 noyabra salınıb.

report.az