Bakıda "Afrikalı Stinq"in konserti keçirilib
2.11.2018

Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən təşkil edilən "FANTAZİYA" festivalı çərçivəsində müğənni Miroka Pariş (Miroca Paris) və Kabo Verdedən olan eyniadlı qrupun konserti keçirilib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis qonaqlara festivalın proqramı, onun əhəmiyyəti və məqsədləri barədə məlumat verib.

"Afrikalı Stinq" adlandırılan qrupun solisti Miroka Pariş ilk dəfə Bakıda olduğunu və azərbaycanlıların qonaqpərvərliyinin və caz musiqisinə marağının onda xoş təəssürat yaratdığını söyləyib.

Müğənni və qrupu tamaşaçılara repertuarında olan morna və funana üslubundakı populyar mahnıları təqdim edib.

report.az