2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur.
Bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir.
Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək.
Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir.
2017-2022 -ci illərdə mebel istehsalı (ədədlə):
2017
2018
2019
2020
2021
2022
Ofis mebeli
16 999
17 481
18 529
19 641
20 820
22 069
Mətbəx mebeli
521
531
563
586
609
633
Yataq mebeli
5 225
7 629
8 087
8 491
8 916
9 361
Digər mebel (divanlar və s.)
5 762
6 282
6 659
6 992
7 342
7 709
trend.az