Bu il gənclər üçün ən vacib məsələ qarşıdan gələn prezident seçkilərində iştirak etməkdir.
Bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov demişdir.
Nazir bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində gənclərin işsizlik problemi həll olunur və yeni iş yerlərinin sayı gündən-günə artırılır. Gənclərin işləməsi üçün müəssisələr çoxdur. Gənclərimiz müasir texnologiyalara diqqət ayırmalı və bu sahədə yeni-yeni biliklərə yiyələnməlidir. Azərbaycanda inkişaf etmək üçün imkanlar genişdir, sadəcə insanların özündən çox şey asılıdır.
A.Rəhimov vurğulamışdır ki, Gənclər Fondunun fəaliyyəti genişləndiriləcək və ayrılan vəsait artırılacaqdır. Ötən il təkcə Gənclər Fondunun dəstəyi ilə 117 layihə həyata keçirilmişdir.
AzerTac