Bakıda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı keçidin tikintisinə başlanılıb.
“Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, keçidin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metrdir.
“Tikinti işlərinə bir neçə gün əvvəl başlanılıb. Ərazidə 22 metr dərinlikdə qazıntı işləri aparılır. Ərazidə yerin altında çoxlu kommunikasiya xətləri keçir. Bu üzdən işlər bir az ləng aparılır. Hazırda həmin kommunikasiya xətləri ərazidə köçürülür. Xətlər köçürüləndən sonra tikinti işləri sürətlənəcək”.
ANS PRESS