Azərbaycana idxal edilən toyuq ətinə gömrük rüsumu tətbiq olunacaq
8.11.2018

Azərbaycana idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunacaq.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İndiyədək ölkəyə idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunmurdu. Dəyişikliklə isə 2019-cu ilin dekabrın 15-dək idxal edilən toyuğun hər 1 000 ədədinə 100 ABŞ dolları gömrük rüsumu tutulacaq.

report.az