Bu il İrandan 105 ton zəfəran ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə 40% artım olub.
Bunu İranın Milli Zəfəran Şurasının sədr əvəzi Qulamrza Miri deyib.
Onun sözlərinə görə, yeraltı məhsul olduğuna görə, zəfəran yığımı dekabr ayının əvvəllərinə qədər davam edəcək.
Gömrük İdarəsinin 6 aylıq statistikasına əsasən,145 milyon dollar dəyərində 105 ton zəfəran məqsəd bazarlara ixrac edilib.
Valyuta bazarındakı qeyri-stabilliyi nəzərə alaraq ilin sonuna kimi ixracatın 50-60% artacağı proqnozlaşdırılır.
Hər kiloqram zəfəranın qiyməti təxminən 60 milyon -120 milyon rialdır (təxminən 1430-2860 dollar).
trend.az