Noyabrın 15-16-da “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda Azərbaycan Vəkillər Kollegiyası (VK), Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Kollegiyadan verilən məlumata görə, tədbirdə 15 xarici ölkənin VK rəhbərləri, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, habelə Azərbaycanın ali idarəedici orqanlarının rəhbərləri iştirak edəcəklər.
report.az