Transavropa Nəqliyyat Şəbəkələrinin Azərbaycan üçün xəritələri təqdim olunub
14.11.2018

Azərbaycanı Avropa ilə birləşdirən Transavropa Nəqliyyat Şəbəkələrinin (TEN-T) xəritələri təqdim olunub.

Avropanın əsas nəqliyyat vasitələrinin şəbəkəsi Avropanı Asiya ilə birləşdirmək üçün ilk dəfə bu regionda tətbiq edilib.

Azərbaycan Avropa və Asiya arasında mühüm tranzit zonası kimi qeyd olunub. Qonşu ölkələri Xəzər dənizi ilə birləşdirən üç dəmir yolu xətti müəyyən edilib. Yüklər Avropa İttifaqından çıxdıqdan sonra Qara dəniz və ya Türkiyə vasitəsilə və Xəzər dənizindən keçməklə Qazaxıstana gedəcək, buradan isə yola dəmir yolu xətti ilə Çinə qədər daşınacaq və ya əks marşrutdan istifadə olunacaq.

Transavropa Nəqliyyat Şəbəkələri (TEN-T) Avropa İttifaqında avtomobil, dəmir yolu, hava və su nəqliyyatının toplusudur. TEN-T-nin məqsədi insanların və malların hərəkətini asanlaşdırmaq üçün Aİ daxilində nəqliyyat əlaqələrini yaxşılaşdırmaq, prioritet layihələrin həyata keçirilməsi üçün nəqliyyat dəhlizləri yaratmaqdır.

report.az