Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi 95 ünvanında yerləşən 300 ədəd avtobus üçün nəzərdə tutulan avtobus parkının layihə-smeta sənədləri”nin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün təkliflər sorğusu üsulu ilə satın alınmasını həyat keçirir.
Maraqlanan təşkilatlar 404-41-20 (daxili 2183, Xuraman Eyvazova) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olacaq qiymət təklifini, qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatını təqdim etməlidirlər.
İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri noyabrın 27-i saat 18:00-dək Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən inzibati binasına yazılı formada təqdim etməlidirlər.
İddiaçıların təklifləri noyabrın 28-i saat 16:00-da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən inzibati binasında açılacaq. Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
report.az