Bu gündən etibarən Bakıda türk filmləri həftəsi başlayır. Noyabrın 27-dək davam edəcək film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.
Bu sözləri jurnalistlərə film həftəsinin baş koordinatoru Öner Kılıç mətbuat konfransı zamanı deyib.
Bildirib ki, beş türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirlməsi məqsədi daşıyır.
Qeyd edək ki, film həftəsinin ilk günü – noyabrın 23- də, saat 20:00-da Nizami Kino Mərkəzində “Güllər” filminin qala-gecəsi reallaşacaq.
azertag.az