Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “İstiqlol nuri” nəşriyyatında Azərbaycan yazıçısı Firuz Mustafanın “Dəniz köçü” kitabı özbək dilində çap olunub.
Kitabı orijinaldan ədəbiyyatımızın yaxın dostu Şəhla Qasımova tərcümə edib.
Kitabda Firuz Mustafanın “Dəniz köçü” povesti, “Vəsiyyət”, ”Qatillər”, ”Bəyaz rəqs”, “Köhnə kitablara elegiya” və “Nəğməkar ağaclar” hekayələri yer alıb.
Bundan əvvəl Ş.Qasımovanın tərcüməsində yazıçının Özbəkistanın müxtəlif qəzet və jurnallarında hekayə və şerləri verilib.
Xatırladaq ki, Firuz Mustafanın Rusiyanın “Ridero” nəşriyyatında altı kitabı çap edilib. İranda isə ona yaxın ənənəvi və elektron kitabı işıq üzü görüb.
Azərbaycanın müxtəlif teatrlarında yazıçının 30-dan çox pyesi tamaşaya qoyulub.
Ötən il Türkiyə və Rusiya teatrlarında da əsərləri səhnələşdirilib.
azertag.az