Noyabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Yada düşər xatirələr” adlı konsert proqramı təqdim olunacaq.
Konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə reallaşacaq.
Konsertdə gənc vokalçılar Orxan Cəlilov, İslam İmanov, Jalə Quliyeva, Nəzakət Veysalova, Cavad Sultanov, Həmid Həmzəyev, Aytac Fərəcova, Malik Məmmədov, Tərxan İbrahimov, Həsən Şıxıyev, Elşən Cəfərzadə və Lamiyə İsmayılova tərəfindən rəngarəng və parlaq ifalar təqdim olunacaq.
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə təqdim ediləcək konsertdə hər kəs iştirak edə bilər.
azertag.az