Azərbaycan Dövlət Musiqili Komediya Teatrı köhnə tamaşalardan biri "On min dollarlıq kef" tamaşasını yeni quruluşda təqdim edəcək.
Emin Sabitoğlunun bu operettası 1998-ci il rejissor Ədalət Ziyadxanov tərəfindən səhnələşdirilib.
Mayın 21-i "www.ferzeli-kef.com" adı altında premyera baş tutacaq. Müəllif və rejissor -Əhəd Hacıyev, dirijor -əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssam - Nabat Səmədova.
Tamaşada baş rolları Xalq Artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar Artist Çingiz Əhmədov, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları ifa edəcəklər.
citylife.az