"Məişət zorakılığına məruz qalan qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var".
Bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Qadınlara və Qızlara qarşı zorakılığa son" adlı 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, qadın zorakılığına qarşı mübarizə bütün sferalarda aparılmalıdır: "Televiziyalarda maarifləndirici verilişlərin sayı artırılmalıdır".
A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmə strukturları yaradılmalıdır.
report.az