Lənkəranda "qızıl payız"
26.11.2018

Lənkəran rayonu zəngin bitki örtüyünə malikdir. Rayon ərazisində təbii meşə və meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Burada relikt və endemik bitkilər daha çoxdur. Zəngin flora və faunası ilə məhşur olan Lənkəranda meşə örtüyünün əsasını "Qırmızı kitab"a daxil edilən ağac və kol cinsləri təşkil edir. Lənkəran ilin bütün fəsillərində öz füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə seçilir. Payız fəsli isə bu gözəlliyi daha rəngarəng edir. Ona görə də Lənkəranda payız fəsli "Qızıl payız" adlandırılır.


report.az