Soyuqda başıaçıq gəzirsiniszə, bu problemlərlə qarşılaşacaqsınız
28.11.2018

Soyuq, küləkli, yağışlı havada papaqsız gəzmək ən ziyanlı vərdişlərdəndir. Bu çox ciddi pozulmalara səbəb ola bilər:

- Otit (orta və daxili qulağın iltihabı), qulaqlarda furunkullar (güclü ağrıya səbəb olan irinliklər), qulaq sinirinin iltihabı və eşitmə problemləri.

- Üz və ənsə sinirlərinin iltihabı. Bu çox ciddi xəstəlikdir, güclü, üzücü ağrılarla müşayiət olunur və bəzən çox uzunmüddətli müalicə tələb edir.

- Haymorit və frontit.

- Stenokardiya tutması. Saglamolun.az xəbər verir ki, başın həddindən artıq soyuması daxili orqanların damarlarının və o cümlədən ürək damarlarının sıxılması və ürək ağrılarına səbəb ola bilər.

- Astma tutması.

- Keçəlləşmə. Soyuqdan saç soğanaqlarının qidalanması pozulur, saçlar zəif olur, asan tökülür.

- Miqren. Miqrenin səbəbi damarların sıxılmasıdır. Soyuqda damarlar sıxılır və bu da miqrenin əmələ gəlməsinə və ya kəskinləşməsinə səbəb ola bilər.


Saglamolun.Az