Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xətdə” sosial şəbəkə layihəsinə başlamışdır.
Layihənin “facebook” səhifəsində (www.facebook.com/xetde) gənclərin “Xətdə” multipleyer komandasına qəbulu elan edilmişdir. “Xətdə” multipleyer komandası - sosial şəbəkələrin fəal istifadəçiləri, səhifə adminləri və bloqçulardan ibarət gənclər komandasıdır.
Komandanın üzvü olmaq üçün müraciət edən gənclər üçün təlimlər və eskpertlərlə görüşlər keçiriləcəkdir. Daha sonra multipleyerlər komandası tərəfindən sosial şəbəkələrdə müxtəlif tipli aksiyalar keçiriləcək və sosial məsələləri əks etdirən videoçarxlar hazırlanacaqdır.
“Xətdə” multipleyer komandasının üzvü olmaq üçün http://www.facebook.com/events/134294896738158/ ünvanından ətraflı məlumat əldə etmək mümkündür.
Layihənin məqsədi-region gənclərinin informasiya-kommunikasiya texnologiyaları sahəsinə maraqlarının artırılmasından, ölkəmizdə sosial şəbəkələrdən düzgün istifadə olunmasının təbliğindən ibarətdir.