Türkiyənin Mersin şəhərində yaşayan iş adamı, xeyriyyəçi Mustafa Baysan, Mersin universitetinə 1 milyon lirə (570 min dollar) yardım edib.
Universitetdəki çıxışında Mustafa Baysan: "Çobanlıqdan Türk Sənayeçiləri və İş adamları Dərnəyinin üzvlüyünə qədər yüksəldim. Həyatın hər üzünü gördüm və anladım ki, hər şey boşdur bu həyatda. Həyatda ən gözəl şey cəmiyyətə, insanlara, nəsillərin maariflənməsinə imkan daxilində yardım etməkdir. Yüzlərlə insan oxutdum, amma bununla kifayətlənmək istəmirəm. Daha çox işlər görmək istəyirəm. Vətənə və xalqıma xidmət etmək duyğusu ilə rahat bir şəkildə yatmaq istəyirəm", deyə bildirib.