Təzyiqi salmaq üçün xoşagələn üsul
3.12.2018

Yunanıstanda keçirilmiş elmi araşdırma nəticəsində məlum olub ki, günorta yuxusu hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqi aşağı salmağa kömək edir.

Araşdırmada 386 yüksək təzyiqdən əziyyət çəkən insan iştirak edib. Məlum olub ki, günorta vaxtı yatan insanlarda arterial təzyiq 5% aşağı düşür. Alimlər qeyd edir ki, yüksək təzyiqin hətta 2 mm.c.st düşməsi ürək-damar sistemi xəstəliklərinin riskini və bu xəstəliklərdən ölüm hallarını 10% azaldır.

Alimlərin müşahidələrinə görə, yüksək təzyiqdən əziyyət çəkən insanlarda günorta yuxusu qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.

Saglamolun.Az