Elektron xidmət növlərinin siyahısı genişləndirilib
4.12.2018

Elektron xidmət növlərinin siyahısına yeni bənd əlavə edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı elektron hərracların keçirilməsi siyahıya əlavə olunub.

trend.az