Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib
5.12.2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib.

Komitədən verilən məlumata görə, məqsəd ünvan tapmaq işini daha da sadələşdirmək, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanılması, ünvanların elektron idarə edilməsinə nail olmaqdır.

Bu məqsədlə komitə dekabrın 6-da geniş ictimai təqdimat keçirəcək.

Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur.

Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.

trend.az